Zaqatala rayonunun Aşağı Tala kəndində intihar hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, 1992-ci il təvəllüdlü Sabit adlı kənd sakini dünən axşam saatlarında özünü asaraq həyatına son qoyub.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, Sabit Ağayev futbolla məşğul olurmuş.
Faktla bağlı araşdırma aparılır.
Şahanə Rəhimli
Musavat.com
