Dərc edilib: 01-11-2025

https://www.nuh.az/43483-.html

Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı –YENİ TƏYİNAT

01.11.2025 11:17:05

İqtisadiyyat

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva işdən çıxarılıb.

Manset.az-ın əldə etdiyi məlumata görə, BDU-nun rektoru Elçin Babayevin müvafiq əmri ilə Q.Mehdiyeva bir müddət öncə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib. Digər əmrlə onun yerinə AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim Vaqif İbrahimov təyin olunub.

Qeyd edək ki, V. İbrahimov millət vəkili Eldar İbrahimovun qardaşıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib