TƏBİB-in rəhbəri Vüqar Qurbanov xalqın rəyini nəzərə alacaqdır...
Dövlət deyəndə ilk ağıla gələn MƏMUR, DÖVLƏT MƏMURU olur.
Müstəqilliyimizin tarixi vur-tut 34 ildir. Yəni 100-200 il olmasa da, hər halda az müddət də deyil.
Və bu müddətdə ölkəmizdə dövlətlə, dövlət məmuru ilə bağlı müsbət ənənələr də yaranmaqdadır.
Belə ki, adətən məmurdan söhbət düşəndə daha çox mənfi fikirlər səslənir. Amma sevindirici haldır ki, MÜSBƏT ƏNƏNƏLƏR də yaranmaqdadır.
Ən sevindirci hal odur ki, məmur hətta KRESLO-sunu tərk edəndən sonra da onunla bağlı ÇOX MÜSBƏT fikirlər eşidirik.
Hətta rusların məşhur bir fikri yada düşür:
Elə insanlar var ki, KRESLONU BƏZƏYİR, KRESLONU HÖRMƏTƏ MİNDİRİR, elə insanlar da var ki, KRESLO ONU BƏZƏYİR”.
Və kreslodan düşən kimi, bütün xətir-hörmət gedir.
Ağsu sakinlərinin haqqında bizə ürəkdolusu danışdıqları Gülnarə xanım Muxtarova birinci məmurlardandır, yəni KRESLOYA HÖRMƏT GƏTİRƏN məmur, vəzifə sahibi olub.
Söhbət az müddət, təxminən bir il Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru işləmiş və sonda öz ərizəsi ilə işindən azad olmuş Gülnarə Muxtarovadan gedir.
Gülnarə Muxtarova uzun illərdir səhiyyə sahəsində çalışır, böyük təcrübəyə sahibdir. Gülnarə xanım Bakı şəhəri Baş Səhiyyə İdarəsində həkim-metodist işindən başlayaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinədək uzun bir yol keçib. Və çalışdığı bütün işlərdə xalqımıza ləyaqətlə xidmət edib və TƏBİB-in rəhbərliyi Gülnarə Muxtarovaya həmişə böyük etimad göstərib, dəstək olub.
Ümumiyyətlə, bu gün cəmiyyətimizin Gülnarə Muxtarova kimi NÜMUNƏ olacaq kadrlara ciddi ehtiyacı var.
Ağsu sakinlərinin Gülnarə Muxtarova barəsində dedikləri dəyərli fikirlər, onu deməyə əsas verir ki, TƏBİB-in rəhbərliyi, şəxsən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru, hörmətli Vüqar Qurbanov Gülnarə Muxtarovanın xalqımıza xidmət göstərməsinə dəstək olacaqdır, yəni XALQIN RƏYİNİ NƏZƏRƏ ALACAQDIR.