Dərc edilib: 01-11-2025

https://www.nuh.az/43487-.html

Məktəb direktorunun QIZI şikayət etdi və ATASININ 100 min manatlıq yeyintisi üzə çıxdı

01.11.2025 20:30:28

LIVE

Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad rayonu Vüqar Həsənov adına Muğangəncəli kənd tam orta məktəbində araşdırma aparıb. 

"Unikal"ın əldə etdiyi məlumata görə, araşdırmalar nəticəsində məktəbin direktoru Afiq Quliyev işdən çıxarılıb. 
Məlum olub ki, direktor barəsində şikayəti öz qızı verib. Araşdırmalar məktəbdə adı olub, özü olmayan işçilər barəsində başlayıb. Sonradan direktorun külli miqdarda yeyinti etdiyi üzə çıxıb. Onun 100 min manata yaxın olduğu iddia edilir.
A.Quliyevin vəzifəsi müvəqqəti icra etməsi üçün onun müavininə verilib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib