Ermənistan viza möhürlərindən Ağrı dağının təsvirini çıxardı - Foto
Bu gündən Ermənistanın viza möhürlərindən Ağrı dağının təsviri çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, yeni möhür şablonu Ermənistan Nazirlər Kabinetinin sentyabrın 11-də keçirilən iclasında qəbul edilmiş qərarda təsbit edilib.
Beləliklə, Ermənistana giriş-çıxış zamanı Ağrıdağ artıq sərhəd möhüründə təsvir olunmayacaq.
