Dərc edilib: 02-11-2025

https://www.nuh.az/43496-.html

ÖMÜRLÜK SİQARET QADAĞASI tətbiq olundu

02.11.2025 22:49:31

LIVE

The Guardian nəşrinin məlumatına görə, Maldiv adalarında 2007-ci il yanvarın 1-dən sonra doğulan bütün şəxslərə tütün məmulatı almaq və çəkmək qadağan edilib.

Musavat.com xəbər verir ki, səhiyyə Nazirliyi bildirib ki, qərarın məqsədi “tütünsüz nəsil formalaşdırmaq”dır. Qadağa yalnız yerli əhaliyə deyil, ölkəyə səfər edən turistlərə də şamil olunur.

Xatırladaq ki, Maldiv adaları ekvator üzərində yerləşən, 1191 kiçik mərcan adasından ibarət, dünyanın ən tanınmış lüks kurort bölgələrindən biridir.

Qeyd edək ki, oxşar təşəbbüs hazırda Böyük Britaniyada da müzakirə mərhələsindədir. Yeni Zelandiya isə bu tip qanunu qəbul edən ilk ölkə olmuş, lakin 2023-cü ilin noyabrında — qəbulundan bir ildən az müddət sonra — onu ləğv etmişdi.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib