Dərc edilib: 02-11-2025

https://www.nuh.az/43497-.html

HEYRƏT - Amerikalı QIZ gədəbəylilər kimi SAZ ÇALIR, AŞIQ MAHNISI OXUYUR VİDEO - Video

02.11.2025 23:14:05

Cəmiyyət

Amerikalı Marta Lavri illər öncə magistratura təhsili almaq üçün Bakıya gəlib.

“Qafqazinfo” xəbər verir ki, Marta o illərdə Bakıda bir gədəbəyli ailəsində yaşayıb.

Azərbaycanca danışmağı da, saz ifa etməyi də elə onlardan öyrənib:

“O ailə mənə o qədər doğma gəldi ki, özümü evdə kimi hiss etdim. Orada xəstələndim, Mirvari “mama” deyəsən, qızılgül mürəbbəsi ilə çay gətirmişdi. Hiss etdim ki, anamın sevgisi var o evdə”.

 

Marta hər yay həmin ailə ilə birgə Gədəbəyə gedib orada dincələrmiş. Deyir ki, sazla ilk tanışlığı Gədəbəydəki toyların birində olub:

“Televiziyada aşıqlara baxanda xoşuma gəlirdi. İstəyirdim o cür oxumağı mən də öyrənim. Amma mənim üçün bir az çətin idi. “Bu yerlərdə qalardım” şeirini əzbərləmişəm. Hər dəfə onu oxuyanda kövrəlirdim, çünki belə hiss edib, Gədəbəy haqda fikirləşirdim”.

Ətraflı İTV-nin reportajında:

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib