Dərc edilib: 03-11-2025

https://www.nuh.az/43498-.html

Peyk ötürücü taxılan türk ŞAHİNİ 103 min kilometr UÇUB və 28 ölkəni gəzib FOTO

03.11.2025 01:01:09

LIVE

Türkiyənin İğdır vilayətində peyk ötürücüsü taxılaraq təbiətə buraxılan bozqır şahini iki il yarım ərzində 28 ölkə üzərindən uçub.

Musavat.com xəbər verir ki, TRT Haber-in məlumatına görə, quş ümumilikdə 103 min 456 kilometr məsafə qət edib. Peyk izləmələri göstərib ki, şahinin ən yüksək uçuşu 5987 metr, ən sürətli uçuşu isə saatda 109 kilometr olub.

Mütəxəssislər bildiriblər ki, bu göstəricilər bozqır şahininin miqrasiya qabiliyyətinin qeyri-adi dərəcədə güclü olduğunu sübut edir. Quşun marşrutu üç qitəni — Asiya, Afrika və Avropanı — əhatə edib. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib