Dərc edilib: 03-11-2025

https://www.nuh.az/43502-.html

Ramiz Mehdiyevin keçmiş köməkçisi həbs edildi

03.11.2025 12:04:30

LIVE

Ramiz Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov həbs edilib.

NUH.az    "Report"a istinadən xəbər verir ki, bu barədə Səbail rayon Məhkəməsində qərar qəbul edilib.
Qərara əsasən, istintaq orqanın təqdimatı əsasında Eldar Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Eldar Əmirov dövlətə xəyanət, dövlət çevrilişinə cəhddə ittiham olunur.
Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu vaxt onun köməkçisi olub.
Xatırladaq ki, Eldar Əmirovun saxlanması ilə bağlı xəbəri ilk olaraq manşet.az saytı yayımlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib