Dərc edilib: 04-11-2025

https://www.nuh.az/43510-.html

Xankəndidə küçəyə Ənvər Paşanın adı verildi

04.11.2025 14:09:28

Günün sitatı

Xankəndidə küçələrin birinə Ənvər Paşanın adı verilib.

NUH.az   xəbər verir ki, bu barədə İctimai TV məlumat yayıb.
Bildirilib ki, müvafiq qərarla şəhərin mərkəzi küçələrindən biri Ənvər Paşanın adını daşıyacaq.
Qeyd edək ki, Ənvər Paşa Osmanlı dövlətinin böyük ictimai-siyasi və hərbi şəxsiyyətlərindən olub. 1918-ci ildə Azərbaycanın böyük hissəsi məhz Osmanlının hərbi naziri Ənvər Paşanın əmri ilə yaradılıb və Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən erməni-daşnak işğalından azad edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib