Moskvada Ramil Usubovla Şoyqunun görüşü olacaq
Bu gün Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə MDB-yə üzv dövlətlərin Təhlükəsizlik şuraları katiblərinin iclası keçiriləcək.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Təhlükəsizlik şuraları katiblərinin sayca 13-cü iclasında “MDB məkanında təhlükəsizliyə qarşı çağırışlar və təhdidlər, mümkün birgə cavab tədbirləri” mövzusu müzakirə olunacaq.
Qeyd edək ki, MDB Təhlükəsizlik şuraları katiblərinin görüşü Moskvada 31 oktyabr - 5 noyabr tarixlərində baş tutan “Rusiya və MDB xalqları” adlı beynəlxalq festivalın yekun tədbiri olacaq.