Məryəmi vurdular, artıq İsaya bərabər tutula bilməyəcək
Vatikan Məryəm Ananın “həmməsihdar” və “xilasedici missiyada İsa ilə bərabər rol oynayan” şəxs kimi təqdim olunmasını rəsmi şəkildə qadağan edib.
Musavat.com-un məlumatına görə yeni doktrinal sənəddə bildirilib ki, bəşəriyyətin xilası yalnız Məsih vasitəsilə mümkündür və Məryəmin bu prosesdə Məsihlə eyni səviyyədə göstərilməsi “teoloji qarışıqlıq” yaradır.
“Həmməsihdar” anlayışı XV əsrdən Katolik dünyasında istifadə edilirdi və uzun illər ərzində kilsə daxilində mübahisələrə səbəb olmuşdu. Son üç papa — II İoann Pavel, XVI Benedikt və Fransisk — bu anlayışa qarşı çıxmışdı. İndi isə məsələ Papa XIV Lev tərəfindən imzalanmış rəsmi sənədlə hüquqi olaraq təsbit edilib.
Vatikan bununla belə Məryəmin rolunu inkar etmir: sənəddə qeyd olunur ki, o, İsanın dünyaya gəlməsində həlledici rol oynayıb və Tanrı ilə insan arasında vasitəçi kimi hörmətlə anılır. Lakin artıq xilasedici statusda İsa ilə bərabər tutulmayacaq.
Beləliklə, yarım əsrlər boyu davam edən teoloji mübahisəyə Vatikan tərəfindən son qoyulmuş oldu