Dərc edilib: 07-11-2025

https://www.nuh.az/43531-.html

Bulvarın uzunluğu 25 kilometrə çatacaq - RƏSMİ

07.11.2025 01:51:12

LIVE

Yaxın gələcəkdə bulvarın uzunluğunun 25 kilometrə çatdırılması nəzərdə tutulur.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu layihələri birləşdirən əsas prinsip Bakının inkişafı ilə paralel olaraq onun tarixi ruhunun, ənənələrinin və yenilikçi xarakterinin qorunmasıdır:

"Tarixi mərkəzlərin bərpasından müasir ictimai məkanların yaradılmasına qədər Bakı sistemli və ardıcıl şəkildə inkişaf etdirilərək yeni - daha yaşıl, rahat və tarazlı inkişaf edən şəhərə çevrilir".\report

NUH informasiya agentliyi səhifəsindən çap edilib