Dünyanın İLK TRİLYONERİ .....
“Tesla” şirkətinin səhmdarları baş direktor İlon Mask üçün növbəti onilliyi əhatə edən, ümumi dəyəri 878 milyard ABŞ dolları olan əməkhaqqı paketini təsdiqləyiblər.
“Qafqazinfo”nun məlumatına görə, bu qərar səhmdarların Maskın “Tesla”nı təkcə elektromobil istehsalçısı deyil, həm də süni intellekt və robot texnologiyaları sahəsində aparıcı şirkətə çevirmək planına dəstək verdiklərini göstərir.
Qərarın elanından sonra “Tesla”nın səhmlərinin dəyəri təxminən 2 faiz artıb. Şirkətin idarə heyəti daha əvvəl bildirmişdi ki, əməkhaqqı paketi təsdiqlənmədiyi halda Mask rəhbərlikdən istefa verə bilər.
Bir çox investor hesab edir ki, dəyəri təxminən 1 trilyon dollar olan bu paket uzunmüddətli perspektivdə şirkət və səhmdarlar üçün faydalı olacaq. Yeni plana əsasən, Mask 10 il ərzində “Tesla” səhmləri vasitəsilə 878 milyard dollara qədər gəlir əldə edə bilər. Bununla belə, o, müəyyən ödənişləri şirkətə geri qaytarmaq öhdəliyinə malik olacaq.