Çoxlu kök şirəsindən zəhərlənərək öldü
Britaniyalı alim və dietoloq Bezil Braun A vitamini ilə birlikdə həddindən artıq miqdarda kök şirəsi içdiyi üçün dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb.
Həkim sənədlərinə əsasən, bu vəziyyət qaraciyərin zədələnməsinə və daxili orqanların fəaliyyətinin pozulmasına gətirib çıxarıb. Meyitin tibbi ekspertizası zamanı Braunun dərisində kökdəki karotinin artıq toplanması səbəbindən sarı-narıncı rəng dəyişimi müşahidə olunub.