Kürdəmir və Nəsimiyə yeni icra başçısı təyin edildi
Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Digər sərəncamla Elxan İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident başqa bir sərəncamla Elşən Nazim oğlu Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.