Dərc edilib: 13-11-2025

https://www.nuh.az/43586-.html

Cənazələr Türkiyəyə aparılır

13.11.2025 22:56:32

LIVE

Gürcüstanda C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçinin cəsədini daşıyan Türkiyə Hərbi Hava Qüvvələrinin A400M təyyarəsi Tbilisidən Ankaraya yola düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, Ankarada şəhidlərlə rəsmi vida mərasimi, daha sonra isə onların dəfn mərasimi keçiriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib