Ukrayna və Rusiya razılığa gəldi
Ukrayna və Rusiya arasında aparılan danışıqlardan sonra tərəflər İstanbul razılaşmalarını aktivləşdirmək və 1 200 ukraynalı əsiri azad etmək barədə razılığa gəliblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov “Telegram” səhifəsində məlumat yayıb.
O bildirib ki, Prezidentin göstərişi ilə Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindəki tərəfdaşların vasitəçiliyi ilə mübadilə prosesinin bərpası və əsirlərin azad edilməsi ilə bağlı məsləhətləşmələr aparıb.
Umerov qeyd edib ki, tezliklə texniki məsləhətləşmələr keçiriləcək və tərəflər bütün prosedur və təşkilati məsələləri yekunlaşdırmalıdır.
“Biz əsirlikdən qayıdacaq ukraynalıların Yeni il və Milad bayramlarını ailələri ilə birlikdə evdə qeyd etməsi üçün dayanmadan çalışırıq”, - Umerov vurğulayıb.