Dərc edilib: 21-11-2025

https://www.nuh.az/43634-.html

Daxili işlər naziri Gürcüstana səfər etdi, birgə saziş imzalandı

21.11.2025 13:28:14

Hadisə

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 21-də Gürcüstana səfər edib.

DİN Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, nazir Vilayət Eyvazov Tbilisidə Gürcüstanın daxili işlər naziri Geka Geladze ilə görüşü olub.

Görüşdə ölkələrin Daxili İşlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.

Səfər çərçivəsində nazirliklər arasında qarşılıqlı informasiya mübadiləsi, əməkdaşlıq və birgə təhlükəsizlik tədbirlərinə dair saziş imzalanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib