Dərc edilib: 22-11-2025

https://www.nuh.az/43643-.html

Yeni Klinika Əhməd Orucun vəfatı ilə bağlı MƏLUMAT YAYDI - saat 14:50 radələrində...

22.11.2025 21:02:24

Hadisə

Əhməd Oruc 19.11.2025-ci il tarixində saat 17:00 radələrində ağır vəziyyətdə Yeni Klinikaya hospitalizasiya olunub.

Bu barədə Musavat.com-a Yeni Klinikadan bildirilib.

"Ona soltərəfli böyük işemik insult, aspirasion pnevmoniya, ağır dərəcəli tənəffüs çatışmazlığı və kəskin böyrək zədələnməsi diaqnozları təyin olunub və tibbi xidmətlər göstərilib.

Həkim-reanimatoloqlar tərəfindən bütün zəruri reanimasiya tədbirləri görülməsinə baxmayaraq, xəstənin vəziyyətinin ağırlığı səbəbindən həyatını xilas etmək mümkün olmayıb. Onun 22.11.2025-ci il tarixində saat 14:50 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Allah rəhmət eləsin!", - məlumatda deyilir. 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib