Dərc edilib: 23-11-2025

https://www.nuh.az/43644-.html

İranda fəlakət: Türkiyədən yardım istədi, təyyarə göndərildi

23.11.2025 08:28:17

LIVE

İranın şimalındakı Hirkani meşələrində günlərdir davam edən genişmiqyaslı yanğın Mazandaran əyalətinin Elit dağ silsiləsində yenidən başlayıb.


NUH.az   axar.az-a istinadla xəbər verir ki, bu barədə İranın kənd təsərrüfatı nazirinin müavini və Təbii Sərvətlər Təşkilatının rəhbəri Rza Eflatuni məlumat yayıb.

O bildirib ki, bölgənin çətin reylefli olması yanğının söndürülməsində çətinlik yaradır:

"Yanğının idarə olunması üçün beynəlxalq dəstək istəyirik. Türkiyə ilə danışıqlar aparıldı və iki yanğınsöndürmə təyyarəsinin İrana göndərilməsi ilə bağlı razılıq əldə olundu”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib