Dərc edilib: 24-11-2025

https://www.nuh.az/43647-.html

Azərbaycanın QADIN şahmatçıları DÜNYADA İKİNCİ OLDU

24.11.2025 00:33:13

Cəmiyyət

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi İspaniyanın Linares şəhərində keçirilən dünya çempionatında ikinci pilləni tutub. 

Qaynarinfo xəbər verir ki, millimiz həlledici görüşdə Rusiya şahmatçılarına uduzub - 1:3, 1,5 - 2,5.
Bu, Azərbaycan yığmasının dünya çempionatında ilk vitse-çempionluğudur.
Qeyd edək ki, Azərbaycanı turnirdə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva təmsil edib. Millinin kapitanı isə İlahə Qədimova olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib