Polis 8 avtomat aşkar etdi
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
“Qafqazinfo” nazirliyə istinadən xəbər verir ki, noyabrın 22-də və 23-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 8 avtomat silahı, 1 pulemyot və 1 tapança aşkar edib.
Bununla yanaşı, son 2 gündə 1 qumbara, 11 tüfəng, 12 patron darağı və 469 ədəd müxtəlif çaplı patron da polis tərəfindən aşkar edilərək götürülüb.