Dərc edilib: 26-11-2025

https://www.nuh.az/43661-.html

Ələt azad iqtisadi zonasının ərazisi genişləndiriləcək (FƏRMAN)

26.11.2025 00:22:53

Siyasət

"Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” 22 may 2020-ci il tarixli Fərmanında dəyişiklik edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni Fərman imzalayıb.
Fərmana əsasən, Zonanın yaradılması prosesində İqtisadiyyat Nazirliyinin tərtib etdiyi "Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, dövlət mülkiyyətində olan ərazidən Ələt azad iqtisadi zonasına ayrılması nəzərdə tutulan (V hissə) 1453,09 hektar torpaq sahəsinin yerquruluşu planı da nəzərə alınacaq.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib