Bu gün Azərbaycan-Avar İctimai Birliyinin sədri Məhəmməd Nooyevin DOĞUM GÜNÜDÜR
Bu gün Azərbaycan-Avar İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Səbail rayon Ərazi ilk partiya təşkilatının sədri, ölkənin şimal-qərb bölgəsinin nüfuzlu şəxslərindən biri olan hörmətli Məhəmməd Nooyevin anadan olduğu gündür.
Məhəmməd Əsədulla oğlu Nooyev Balakən rayonunun Qabaqçöl qəsəbəsində anadan olmuşdur. İki ali təhsil almış Məhəmməd Nooyev uzun illər doğma rayonunda iqtisadiyyatın müxtəlif sahələrinə rəhbərlik etmişdir.
Sonrakı illərdə Nooyev “Azərittifaq”ın Mərkəzi Aparatında və Taxıl Məhsulları Dövlət Şirkətində rəhbər vəzifələrdə çalışmışdır.
Məlumat üçün bildirək ki, ötən əsrin 93-95--cı illərində, yəni çətin dövrdə ölkənin taxıl məhsulları ilə təmin olunmasında M.Nooyevin xüsusi xidmətləri olub. Məhəmməd Nooyev Azərbaycan dövlətçiliyinə, Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin siyasi kursuna sadiqliyi ilə fərqlənmişdir. İctimai-siyasi həyatda çox fəal olan Məhəmməd Nooyev çoxmillətli ölkəmizdə milli münasibətlərin qorunmasına da öz töhfəsini vermişdir.
O, hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində məsul vəzifədə çalışır.
Prezidentin sərəncamı ilə Məhəmməd Nooyev Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunub.
Azərbaycan multukulturalizm modelinin ölkə daxilində və xaricdə təbliğ və təşviqi üçün Beynəlxalq Multikulturalizm Mərkəzi Nooyevi Fəxri Diplomla təltif etmişdir.
Məhəmməd müəllim bütün xidmətləri ilə yanaşı gözəl ailə başçısı, dəyərli valideyn, həm də mehriban babadır. Onun övladları da atalarının yolunu layiqli davam etdirirlər.
Biz də öz adımızdan Məhəmməd Nooyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı və ölkəmizin ictimai-siyasi həyatında uğurlar arzulayırıq.