Dərc edilib: 26-11-2025

https://www.nuh.az/43667-.html

Ver ki, VERƏN MƏRD OLAR...

26.11.2025 23:39:21

LIVE

Britaniya və Yeni Zelandiyanın aparıcı universitetlərinin alimləri qədim dövlətlərin formalaşması ilə bağlı maraqlı nəticələr əldə ediblər.

Bristöl Universiteti və Oklend Universitetinin tədqiqatçıları dünyanın müxtəlif bölgələrindən olan 868 ən qədim insan icmasının məlumatlarını müqayisə edərək dövlət quruculuğunun əsas mexanizmini müəyyənləşdiriblər.

Əkinçilik dövləti yox, dövlət əkinçiliyi yaradıb

Araşdırma göstərir ki, indiyə qədər qəbul olunmuş fikrin əksinə olaraq, dövlətlərin yaranması əkinçiliyin güclənməsinə səbəb olub, yoxsa əkinçilik dövlətin yaranmasına. Dövlət strukturu formalaşdıqdan sonra insanlar daha geniş miqyasda əkinçiliklə məşğul olmağa başlayıblar.

Dövlət üçün əsas şərt: taxıl əkini

Tədqiqatın ən diqqətçəkən nəticələrindən biri budur ki, insanlar dənli bitkilər əkməyə başlamazdan əvvəl dövlətlər yaranmayıb. Bu qrup bitkilərə buğda, arpa, düyü və qarğıdalı daxildir.

Alimlər bunu belə izah edir:

Taxıl uzun müddət saxlanıla bilir;

Asanlıqla ölçülür və yığılır;

Hər il eyni vaxtda yetişdiyi üçün vergi toplamaq üçün ideal məhsuldur;

Məmurlar məhsulun nə zaman hazır olacağını əvvəlcədən bilirdilər.

Bunun əksinə olaraq, kartof kimi kök bitkiləri vergiyə yararsız sayılır, çünki nə qədər qazılıb çıxarıldığını kənardan müəyyənləşdirmək çətindir. Bu isə vergitutmanı qeyri-mümkün edir.

Yazının icadı da vergi ilə bağlıdır

Alimlərin gəldiyi digər nəticələr:

Yazı sistemi məhz vergi uçotu üçün icad olunub;

Vergi toplayan elita bu uçot mexanizmini zamanla siyasi hakimiyyətə çevirməyə başlayıb;

Dövlət institutları, qanunlar və bürokratiya da məhz bu ehtiyacdan yaranıb.

Nəticə

Araşdırma bir daha göstərir ki, dövlətin yaranması təsadüfi proses olmayıb. Vergi yığmaq imkanı olmayan cəmiyyətlər dövlət qura bilməyib, yazının yaranması isə ilk növbədə vergi mexanizmini idarə etmək zərurətindən irəli gəlib.

 

Musavat.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib