Dünyanın ən balaca atı — FOTO
Almaniyada yaşayan miniatür at Pumukkel dünyanın ən balaca atı kimi qeydə alınıb. Rəsmi məlumatlara görə, onun boyu cəmi 52,6 sm, çəkisi isə 20 kiloqramdır. Bu göstəricilərlə Pumukkel Ginnes Rekordlar Kitabına daxil edilib.
Məlumata əsasən, televiziya çəkilişlərindən kənar vaxtlarda miniatür at sahibi Karola Vaydemanna fermada kömək edir. Hazırda o, terapetik at kimi hazırlanır və yaşlılar evinə, hospislərə, məktəblərə, eləcə də xüsusi qayğı mərkəzlərinə aparılır.
Musavat.com xəbər verir ki, Pumukkelin xasiyyəti olduqca sakitdir, uşaqlarla və xəstələrlə asanlıqla ünsiyyət qurur. Boş vaxtlarında isə gəzinti etməyi, xüsusilə də alma və yerkökü yeməyi çox sevir. Musavat.com