Dərc edilib: 28-11-2025

https://www.nuh.az/43676-.html

Elektron siqaretlər qadağan edildi

28.11.2025 13:57:44

LIVE

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev respublikada elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsi haqqında qanun imzalayıb. 

“Qafqazinfo” Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb. 

Yeni qanun elektron siqaretlərin və onlar üçün mayelərin əldə edilməsini, saxlanılmasını, daşınmasını, ötürülməsini, istehsalını və ölkəyə idxalını qadağan edir.

Qanunu pozanlar 10300 dollardan 17200 dollara qədər ekvivalentdə cərimə edilə, yaxud 2 ildən 3 ilə qədər islah işləri, həmçinin 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası ala bilərlər. 

Bununla belə, şəxs günahını etiraf edib və dövriyyəsi qadağan olunmuş məhsulları təhvil verərsə, məsuliyyətdən azad ediləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib