Dərc edilib: 28-11-2025

https://www.nuh.az/43677-.html

Daha 48 nəfər Ağdama KÖÇÜRÜLDÜ

28.11.2025 14:04:15

LIVE

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.

Musavat.com xəbər verir ki, bu mərhələdə kəndə 13 ailə (48 nəfər) köçürülür.

Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu köçlə Xıdırlı kəndinə qayıdan ailələrin sayı 568-ə (2 min 243 nəfər) çatacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib