Dərc edilib: 28-11-2025

https://www.nuh.az/43679-.html

Türkiyə prezidenti yaxınlaşıb dedi ki… - Çinarə Məlikzadə

28.11.2025 16:11:32

Reportaj

Müğənni Çinarə Məlikzadə ilk dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ona dediyi sözü açıqlayıb.

Musavat.com-un xəbərinə görə, sənətçi qeyd edib ki, o, Türkiyə prezidentinin sevdiyi mahnını ifa edib:

“Gülüstan sarayında baş tutan tədbirdə “Bana her şey seni hatırlatıyor” mahnısını oxudum. O mahnı Rəcəb Tayyib Ərdoğanın sevdiyi mahnıdır. Mahnını ifa etdikdən sonra Türkiyə prezidenti yaxınlaşdı və dedi ki, sevdiyim mahnını oxudun.

Laçında 28 May – Müstəqillik Gününə həsr olunmuş konsertdə də ifa etmişdim, onda da demişdi ki, sevdiyi mahnıdır”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib