Dərc edilib: 02-12-2025

https://www.nuh.az/43704-.html

Netanyahunu Ağ Evə dəvət etdi

02.12.2025 00:02:35

LIVE

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu yaxın vaxtlarda Vaşinqtonda görüş keçirməyə dəvət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail baş nazirinin mətbuat xidməti məlumat yayıb.

“Netanyahu bu yaxınlarda Trampla telefon danışığı aparıb. ABŞ prezidenti baş naziri yaxın gələcəkdə Ağ Evdə keçiriləcək görüşə dəvət edib”, - bəyanatda deyilir.

Qeyd olunur ki, danışıqlar zamanı liderlər HƏMAS hərəkatının tərksilah edilməsinin və Qəzzanın demilitarizasiyasının vacibliyini qeyd ediblər. Bundan əlavə, Tramp və Netanyahu region ölkələri ilə sülh müqavilələrinin genişləndirilməsi perspektivini müzakirə ediblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib