Dərc edilib: 03-12-2025

https://www.nuh.az/43709-.html

İki oğlu şəhid olan ana vəfat etdi

03.12.2025 11:06:17

Cəmiyyət

İki övladı I Qarabağ müharibəsində şəhid olmuş Qiraət Məhərrəmova vəfat edib.

NUH.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhid anası Bakı şəhəri Buzovna qəsəbəsində dünyasını dəyişib.
Qeyd edək ki, Ağdam rayonundan məcburi köçkün düşmüş Q.Məhərrəmovanın övladları Etibar və İlqar Məhərrəmovlar doğma rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib