Tabuta qoyulan 95 yaşlı qadın altı gündən sonra -dirildi- FOTO
Çində inanılmaz hadisə baş verib.
95 yaşlı Li Xiufeng adlı qadın yıxılaraq başından ağır xəsarət aldıqdan sonra qonşuları tərəfindən "ölmüş" bilinib və ənənəyə uyğun olaraq tabuta qoyulub. Lakin dəfn mərasimindən bir gün əvvəl tabut boş tapılıb.
Axtarışa çıxan qonşular nəhayət ki, Li Xiufengi evinin mətbəxində tapıblar - o, sakitcə oyanıb özünə yemək bişirirmiş.
Həkimlərin açıqlamasına görə, yaşlı qadın "süni ölüm" adlanan, insanın nəfəsinin dayanmış kimi göründüyü, lakin bədənin isti qaldığı son dərəcə nadir tibbi vəziyyət yaşayıb. Bu səbəbdən o, sağ ikən tabuta qoyulub.
Hadisə yerli sakinlər arasında böyük təşviş yaratsa da, Li Xiufeng hazırda yaxşı vəziyyətdədir. Bu isə Çində nadir rast gəlinən "ölümdən qayıtma" hadisələrindən biri kimi tarixə düşüb./Milli.Az