Dərc edilib: 04-12-2025

https://www.nuh.az/43721-.html

Ramiz Mehdiyevin AKADEMİK adı ƏLİNDƏN ALINACAQ

04.12.2025 13:10:15

Cəmiyyət

İsa Həbibbəyli: Ramiz Mehdiyevin həqiqi üzvlük məsələsinə baxılacaq

Azərbaycan Milli Elmlər Akademiyası Ramiz Mehdiyevlə bağlı yaranmış vəziyyətə görə dərin təəssüf hissi keçirir.
Bu sözləri APA-ya açıqlamasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.
İsa Həbibbəyli bildirib ki, məhkəmə qərarından sonra Ramiz Mehdiyevin həqiqi üzvlük məsələsinə baxılacaq.
Qeyd edək ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib