Dərc edilib: 06-12-2025

https://www.nuh.az/43733-.html

Yanğında ölənlərdən ən kiçiyinin 6 yaşı olub... - Fotolar

06.12.2025 00:14:41

LIVE

Lökbatan qəsəbəsinin “Qobu Park-1” yaşayış massivində baş verən yanğında ölən 4 nəfərin adları müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı həlak olan şəxslər ana, 2 övladı və qonşu olub.

Onların adlarını təqdim edirik: Zülfiyyə Yusifova (1998), Yusif Yusifov (2016), Məryəm Yusifova (2019) və Yusif Hüseynov (1953).

Xatırladaq ki, Y.Hüseynov qonşu evdən kömək etmək üçün içəri daxil olarkən tüstüdən boğularaq həyatını itirib.

Qeyd edək ki, yanğın zamanı 4 nəfər də xəsarət alıb. Onlardan 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilib.1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.

 

Fotoda: Zülfiyyə Yusifova

Fotoda: Yusif Yusifov

Fotoda: Məryəm Yusifova

NUH informasiya agentliyi səhifəsindən çap edilib