Dərc edilib: 07-12-2025

https://www.nuh.az/43749-.html

Şara protokolu kənara qoyub Fidanı qucaqladı

07.12.2025 17:34:05

LIVE

Qətərin paytaxtı Dohada keçirilən “Doha Forum 2025”in açılış mərasimində diqqətçəkən an yaşanıb.

Axar.az xəbər verir ki, “Ədalət Əməldə: Vədlərdən İrəliləməyə” mövzulu tədbirdə iştirak edən Suriya Prezidenti Əhməd əş-Şara Qətər Əmiri Şeyx Təmim bin Həməd əs-Sani ilə salona daxil olarkən qəfil dayanıb.

Əmirlə birlikdə irəliləyən Şara Türkiyə xarici işlər naziri Hakan Fidanı görən kimi protokolu kənara qoyaraq ona tərəf yönəlib və səmimi şəkildə qucaqlayıb.

Suriya prezidentinin bu addımı sosial şəbəkələrdə maraqla qarşılanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib