Dərc edilib: 07-12-2025

https://www.nuh.az/43750-.html

Xəzər dənizindən qum-çınqıl oğurlayanlar saxlanıldı

07.12.2025 18:27:52

LIVE

Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanılıb.

Bu haqda  NUH.az-a  DİN-in mətbuat xidmətindən məlumat verilib:

Bildirilib ki, Su nəqliyyatında polis İdarəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbirlərlə Xəzər dənizinin kənarından qeyri-qanuni qum-çınqıl daşınmasını həyata keçirən 34 yaşlı M.Hüseynov, “Hovo” markalı markalı yük avtomobilinin sürücüsü 41 yaşlı Z.Vəlizadə, “Shacman” markalı yük avtomobillərinin sürücüləri 26 yaşlı M.Məmmədov və 42 yaşlı T.Həsənov müəyyən olunaraq saxlanılıblar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib