Dərc edilib: 07-12-2025

https://www.nuh.az/43756-.html

Rus generalın qızı Avropada kef edir

07.12.2025 21:43:22

LIVE

Rəsmi Moskvanın Ukraynaya qarşı açdığı müharibədə birbaşa iştirak edən, Kiyevin “Cəlladlar kitabı”na saldığı general Aleksandr Tokarevin ailəsi Qərbin sanksiyalarından yan ötməyi bacarıb.

Musavat.com xəbər verir ki, 22 yaşlı qızı Anastasiyanın Avropa vizasını problemsiz alması və NATO ölkələrini rahatlıqla gəzib-dolaşması Rusiyada ciddi narazılıq doğurub. Müdafiə Nazirliyinin “Vətənpərvər qızlar pansionu”nun məzunu olan Anastasiya bəzən təkcə istirahətinə 1 milyon rubl xərclədiyini də etiraf edib.

Sosial şəbəkələrdə yayılmış videolarda və paylaşımlarda o, özünəməxsus cığallıqla belə yazırdı:

“Za Rus usrus — amma daha yaxşısı Fransada və ya İtaliyada.”

Maraqlıdır ki, Rusiyanın “düşmən” adlandırdığı NATO ölkələrinə girişdə heç bir çətinlik yaşamayan general qızı, xəbərin geniş yayılmasından dərhal sonra kanalını silib, “ekstremist” hesab edilən Instagram hesabını bağlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib