Dərc edilib: 08-12-2025

https://www.nuh.az/43761-.html

Pezeşkian Qazaxıstana gedəcək

08.12.2025 10:31:31

LIVE

İran Prezidenti Məsud Pezeşkian 10-11 dekabr tarixlərində Qazaxıstana rəsmi səfər edəcək. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. 

“Səfər çərçivəsində ali səviyyəli danışıqların keçirilməsi planlaşdırılır. Danışıqların gedişində Qazaxıstan və İran arasında ticarət-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək”, - məlumatda qeyd edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib