Dərc edilib: 10-12-2025

https://www.nuh.az/43792-.html

DOST Validə Vəliyevadan yenə ofis icarəyə götürdü - 5,2 milyon manat ödəyəcək

10.12.2025 12:50:19

LIVE

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Agentliyin inzibati bina sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderinin qalibi Vəliyeva Validə Rəhim qızı olub.
DOST 7800 kv. metr ofis sahəsini 28 ay müddətinə icarəyə götürəcək. Azı 85 otaqdan ibarət olan ofisdə istirahət otağı, 2 lift və 6 mətbəxi var.
Qeyd edək ki, "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün inzibati bina sahəsinin icarəyə götürülməsinə görə Validə Vəliyevaya 5 milyon 241 min 600 manat (aylıq 187 min 200 manat) ödəniləcək.
Onu da bildirək ki, DOST ötən il də Validə Vəliyeva ilə analoji müqavilə imzalayıb. "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC-nin hazırda fəaliyyət göstərdiyi inzibati bina Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, 560-cı məhəllə, 118 ünvanında yerləşir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib