Dərc edilib: 10-12-2025

https://www.nuh.az/43793-.html

Prezident rektoru işdən çıxardı - Yeni rektor təyin etdi

10.12.2025 20:54:07

Siyasət

Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib.
Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Qeyd edək ki, Şahin Əliyev Prezident İlham Əliyevin 19 may 2022-ci il Sərıncamı ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilmişdi. O, bu təyinatadək Prezident Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri vəzifəsində işləyib. Şahin Əliyev dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2020-ci ilin yanvarında "Şöhrət” ordeni ilə təltif edilib.
Prezidentin digər Sərəncamı ilə Rövşən Rəhim oğlu İsmayılov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib