Dərc edilib: 13-12-2025

https://www.nuh.az/43815-.html

Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı

13.12.2025 22:09:47

Hadisə

Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva öz ərizəsi ilə işdən ayrılıb. 
Qaynarinfo-nun verdiyi xəbərə görə, bu barədə sosial şəbəkədə paylaşım edən Səidə xanım yazıb:
 
"Artıq Rəşad Əhmədzadə ilə nikahıma xitam verildi. İndi isə əziz teatrımla yollarımı ayırdım və işimdən ayrıldım. Məni 10 illik ailəmi, 15 illik peşə yolumu tərk etməyə məcbur edənlərin nəzərinə: Bundan sonra məni heç nə ilə qısnaya, psixoloji təzyiq altına ala, susdurmağa cəhd göstərə bilməyəcəksiniz. Mən başıma gələn hər şeyi açıq və aydın şəkildə yazacağam. Heç nəyi gizlətmədən. Bütün təfərrüatı ilə!"
Qeyd edək ki, bir müddət əvvəl Kukla Teatrı daxildə baş verən qalmaqalla gündəmə gəlmişdi.
 
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib