Dərc edilib: 15-12-2025

https://www.nuh.az/43830-.html

Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO

15.12.2025 11:28:54

LIVE

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.

Bu barədə hərbi bloqer Tofiq Şahmuradov sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, Ukrayna ordusunun tərkibində döyüşlərdə iştirak edən Qasımov Samir Rasim oğlu aldığı xəsarətlərdən vəfat edib.

O, döyüşlərdə fərqləndiyinə görə Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən “Ukraynanın Müdafiəsi” medalı ilə təltif olunub.

S.Qasımov Ukraynanın Mukaçevo şəhərində dəfn olunacaq. Musavat.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib