Dərc edilib: 16-12-2025

https://www.nuh.az/43839-.html

Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun

16.12.2025 12:13:43

LIVE

Deputat Aqil Abbas Milli Məclisdəki çıxışında həmkarı Razi Nurullayevin toylarla bağlı fikirlərinə reaksiya verib.

Narahatlıqları bölüşsə də, bildirib ki, inzibati yollarla ifratçılığın qarşısını almaq mümkün olmayacaq.

“Mən də toya gedirəm. Amma musiqi başlayan kimi, çıxıb bayırda otururam”.

A.Abbas Prezidentin amnistiya təşəbbüsünü yüksək qiymətləndirib. Bildirib ki, minlərlə ailəni sevindirən qərar verilib.

Deputat həbsdəki jurnalistlərə də amnistiyanın şamil olunmasını istəyib:

“Düzdür, günahları, cinayətləri var, amma çox istərdim ki, amnistiya onlara da şamil olunsun. Bir daha cinayət törətməsinlər və ora qayıtmasınlar.

Möhtərəm Prezidentimizə təşəkkür edirəm. Eşq olsun!”

E.Paşasoy,
Musavat.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib