Dərc edilib: 17-12-2025

https://www.nuh.az/43852-.html

Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO

17.12.2025 12:46:18

LIVE

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 94 PUA vurub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Krasnodarda 31, Rostovda 22, Voronejdə 10, Saratovda, Azov və Qara dəniz suları üzərində 8, Volqoqradda 4 və Bryanskda 3 PUA zərərsizləşdirilib.

ABŞ prezidenti Donald Tramp Kreml lideri Vladimir Putinin sülh istədiyinə inanmır.

Publika.az xəbər verir ki, Tramp Rusiya liderinin sonda bütün Ukraynanı işğal etmək niyyətində olduğuna əmindir.

Bunu Ağ Evin aparat rəhbəri Syuzi Uayls “Vanity Fair” jurnalına verdiyi müsahibədə deyib.

Nəşrin məlumatına görə, Trampın komandası Putinin Ukraynanın tam ələ keçirilməsindən başqa bir şey istəyib-istəmədiyinə dair fikir ayrılığına düşüb. Eyni zamanda, ABŞ prezidentinin özü də Rusiya liderinin sülh istəmədiyinə inanır.

"Ekspertlər hesab edirlər ki, əgər o, Donetsk vilayətinin qalan hissəsini ələ keçirə bilsəydi, məmnun qalardı", - deyə Uayls bildirib.

Lakin onun sözlərinə görə, Tramp ekspertlərin bu iddiasına inanmayıb. O, Putinin sülh istədiyini düşünmür.

"Donald Tramp Putinin bütün Ukraynanı istədiyini düşünür", - deyə Uayls əlavə edib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur. Müzakirədə tamaşaçılaırmız da iştirak edə bilər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib