Dərc edilib: 17-12-2025

https://www.nuh.az/43855-.html

Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş

17.12.2025 21:57:48

Region

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz fəaliyyət göstərən "Ramin-Nur” şadlıq sarayının camış ətini dana əti adı ilə təqdim edərək istehlakçıları aldatdığını aşkarlayıb.

"Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, sözügedən "Ramin Nur” şadlıq sarayı "Körpü Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşovundur.
Şadlıq sarayına da oğlu Raminin adını verib. Ramin Göyüşov özü də iş adamıdır. Müxtəlif vaxtlarda mediada onun da adı hallanıb.
Hansı ki, həmin şirkətlə bağlı da müxtəlif vaxtlarda şikayətlər olub. Elə beş gün əvvəl həmin şirkətin Dərnəgül qəsəbəsində ağacları kəsməsi ilə bağlı saytımıza şikayət daxil olmuşdu.
Həmin şikayətlə bağlı hazırda araşdırma aparılır.
Qeyd edək ki, Xəlil Göyüşovun Bakıda bir neçə villasının, Sumqayıtda əlavə şadlıq sarayının olduğu deyilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib