Mikayıl İsmayılova məxsus MODERN HOSPİTAL-da nələr baş verir ?
SOKAR-ın sabiq virse-prezidenti Mikayıl İsmayılovun "Modern Group”-a daxil olan şirkətlərin hamısı, o cümlədən "Az Granata”, geyim firması "Alyans Tekstil”, "Modern Hospital", "Baku Medical Plaza", avtomibil satışı ilə məşğul olan "Great Motors”, eManat brendi ilə tanınan "Modenis” MMC, təbii və mineral süfrə suyu istehsal edən "Mineral Sular” MMC və digər obyektləri barədə ölkə mətbuatında kifayət qədər məqalələr yazılıb. Əlbəttə, Mikayıl İsmayılov bu boyda sərvəti dövlətdən aldığı əmək haqqı-maaşla əldə etməyib.
Hətta Mikayıl İsmayılovun tapşırığı ilə Səhiyyə Nazirliyi "Modern Hospital" və "Baku Medical Plaza"ya lisenziya verib.
Bütün bunlar bəlli.
Sözümüzün canı odur ki, son vaxtlar sosial şəbəkələrdə Mikayıl İsmayılova məxsusu "Modern Hospital"da baş verən qanunsuzluqlar barədə videolar yayılıb. Xəstə qeyd edir ki, hospitala 70 min manat ödəsəm də əməliyyatdan sonra ölüm vəziyyətinə çatmışam. Belə xəstələr 1 deyil, 2 deyil.
İstər-istəməz ortaya sual çıxır:
Görəsən, "Modern Hospital" vergidən nə qədər yayınır ? Hospitalda daha hansı qanunsuzluqlar baş verir ?
İqtisadiyyat Nazirliyi, Vergi Xidməti, Korrupsiya ilə mübarizə İdarəsi hara baxır?
Nə üçün bu məsələlər araşdırılmır? Yoxsa Mikayıl İsmayılov toxunulmaz personadır ?
vhttps://vt.tiktok.com/ZSPvd4GCm/