Dərc edilib: 27-12-2025

https://www.nuh.az/43880-.html

Qadınların Pensiya yaşı dəyişəcək - Bu tarixdən...

27.12.2025 22:44:09

İdman

Azərbaycanda 2026-cı il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub.


NUH.az    metbuat.az-a istinadla bildirir ki, hazırda qadınların pensiya yaşı 64 il 6 ay, kişilərin isə 65 yaşdır.

Gələn ilin iyulun 1-dən isə Azərbaycanda qadınların pensiya yaşı 65 olacaq. Kişilərin pensiya yaşı dəyişməyəcək.

Xatırladaq ki, "Əmək pensiyaları haqqında" qanununa görə, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib