Dərc edilib: 30-12-2025

https://www.nuh.az/43887-.html

Xoşbəxt sənətkar deyiləm - Flora Kərimova

30.12.2025 11:00:11

Hadisə

"Mən xoşbəxt sənətkar deyiləm. Çünki o boyda səs hər yerdə eşidilməli idi. O səs eşidilmədi, onu boğdular. Mənim səsimin taleyi yox idi, olmadı da... Xoşbəxt sənətkar ola bilmədim".

Bu sözləri Xalq artisti Flora Kərimova "Xəzər axşamı" verilişində deyib. O, xoşbəxt qadın da ola bilmədiyini etiraf edib:

"Amma xoşbəxt ana oldum. Bu, ən önəmlisidir. Xoşbəxt qadın da ola bilmədim. Çünki hər dəfə başıma qara kəlağayı bağlayanda düşünürdüm ki, nə vaxt bitəcək bu işgəncə?". (Axşam.az)

NUH informasiya agentliyi səhifəsindən çap edilib