Dərc edilib: 31-12-2025

https://www.nuh.az/43892-.html

25-ci mərtəbədən YIXILDI - Möcüzə nəticəsində SAĞ QALDI

31.12.2025 11:02:27

LIVE

26 yaşlı Tayland sakini Pattaya şəhərində yerləşən yaşayış binasının 25-ci mərtəbəsindən yıxılaraq möcüzəvi şəkildə sağ qalıb.

Musavat.com xəbər verir ki, bu barədə "The Thaiger" qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə dekabrın 28-i səhər saatlarında qadınla xarici vətəndaş olan əri arasında mübahisədən sonra baş verib.

Zərərçəkən yaşayış kompleksinin yaxınlığındakı hovuzun kənarında tapılıb. Onun vəziyyəti kritik olub və ciddi xəsarətlər alıb. Xilasedicilər tibbi yardım göstərərək onu xəstəxanaya çatdırıblar.

İlkin məlumata görə, güclü külək qadının yıxılmasını yumşaldıb və ölümün qarşısını alıb.

Polis hadisənin təfərrüatlarını araşdırır. Qadının əri dindirilmək üçün polisə aparılıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib